Azərbaycanda 2 tondan artıq çətənə bitkisi məhv edilib

Azərbaycanda 2 tondan artıq çətənə bitkisi məhv edilib
# 30 oktyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Xaşxaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun əməliyyat-axtarış tədbirləri davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Hava Nəqliyyatında Polis İdarəsi, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsi və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən “Xaşxaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 6328 ədəd, ümumi çəkisi 2 ton 357,5 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR