Şirvan. Əlibəy Zeynallı - APA. Ötən gün Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Şirvan sakinini bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 5-də saat 20:30 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində baş verib. Şirvan sakini 1992-ci il təvəllüdlü Hacılbala Elşən oğlu Səfərov qarın boşluğunun kəsilmiş-deşilmiş yarası, daxilə nüfuz edən, qara ciyərini və böyrəyin üst divarını zədələyən yara ilə şəhər xəstəxanasına yerləşdirilib. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər. Xəstə komatoz vəziyyətdə olduğundan hadisənin təfsilatı istintaqa tam aydın deyil.
Hadisənin hələlik istintaqa adı Çingiz kimi məlum olan Şirvan sakini tərəfindən törədildiyi ehtimal olunur. Həmin şəxs hadisə yerindən qaçıb. Polis tərəfindən onun axtarışları davam etdirilir.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Şirvan sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
06 yanvar 2014 10:14 (UTC +04:00)
Hadisə
Tərtərdə mina partlayışı nəticəsində mülki şəxs həlak olub
16:04
21 may 2024
Tovuzda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
15:11
21 may 2024
Bakıda Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edilib, pakistanlı saxlanılıb - VİDEO
14:42
21 may 2024
Əziz Orucovun həbs müddəti uzadılıb
14:13
21 may 2024