Bu gün “Eurovision 2014” mahnı müsabiqəsinin finalı keçiriləcək - VİDEO

Bu gün “Eurovision 2014” mahnı müsabiqəsinin finalı keçiriləcək - <span style="color: red;">VİDEO
# 10 may 2014 00:30 (UTC +04:00)

APA-nın məlumatına görə, finalda 26 ölkə iştirak edəcək.

Bunlar Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniyadır.

Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib.

Azərbaycanın builki “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova “Start a fire” mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edərək finala vəsiqə qazanıb.

Final konsertində ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR