Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana bu gün əlavə aviareys yerinə yetirilə bilər

Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana bu gün əlavə aviareys yerinə yetirilə bilər
# 21 iyun 2013 11:41 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata əsasən, cədvələ görə, Bakı-Naxçıvan aviareysi gündə 4 dəfə – saat 09:00-da, 14:00-da, 19:00 və 23:45-də yerinə yetirilir: «Naxçıvanda güclü yağışın yağması nəticəsində 251 saylı reys üzrə uçan təyyarə Naxçıvan aeroportunda enə bilməyib və Bakı hava limanına qayıdıb. Aviareysin dəqiq nə vaxt yerinə yetiriləcəyi hələlik bilinmir. Bu aviareysin sərnişinləri isə hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunun yerli xətlərinin gözləmə zalında yerləşdirilib».

Aeroportdan həmçinin bildirilib ki, Naxçıvanda hava şəraiti uçuş üçün əlverişli olan kimi aviareyslər yerinə yetiriləcək və bu gün Bakı-Naxçıvan üzrə əlavə, yəni beşinci aviareysin yerinə yetirilməsi də istisna olunmur.

Qeyd edək ki, Naxçıvan aeroportundan Moskva və İstanbul aviareysləri üzrə də uçuşlar yerinə yetirilir. Lakin bu gün sözügedən şəhərlərə uçuşlar cədvəl üzrə olmadığından, müvafiq olaraq bu istiqamətdə aviareyslər üzrə heç bir problem yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR