Puta dəmir yolu stansiyasının tək və cüt yolları əsaslı təmir olunur - FOTO

Puta dəmir yolu stansiyasının tək və cüt yolları  əsaslı təmir olunur - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 06:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində 317 km dəmir yolunun əsaslı təmiri davam edir. Bu gün yolun Puta stansiyasının tək və cüt baş yollarının (2150 m) əsaslı təmirinə başlanılıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, səhər tezdən start götürən təmir işləri dörd gün davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini «Dəmiryolservis» MMC-nin müəssisələri həyata keçirir. Bu günə kimi 289 km yol əsaslı təmir olunub, bunun da 230 km-nin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

QSC-nin İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR