“ASAN Xidmət”dən Şəki və Oğuz sakinləri də yararlana biləcəklər

“ASAN Xidmət”dən Şəki və Oğuz sakinləri də yararlana biləcəklər
# 18 oktyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin 19 oktyabr –2 noyabr tarixində Şəki və Oğuzun ümumi sayı 215000-dən çox olan sakini Səyyar “ASAN Xidmət”dən Şəki şəhərində yararlana biləcəklər. “ASAN Xidmət” Mərkəzindən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlərə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,

sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

Qeyd edək ki, indiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət”in göstərilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR