Azərbaycanda kimsəsiz uşaqlar üçün şəhərcik salınacaq - VİDEO

Azərbaycanda kimsəsiz uşaqlar üçün şəhərcik salınacaq - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 12:39 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, hazırda Nazirlər Kabineti ilə birgə bununla bağlı Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, o cümlədən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişiklik layihəsi hazırlanır.

Layihəyə əsasən, 16 yaşına çatan valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlar üçün dövlət hesabına Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri ərazisində mənzil tipli yataqxanalardan ibarət şəhərcik salınması nəzərdə tutulur. Məqsəd kimsəsiz uşaqların yeniyetməlik dövründən sonra da sosial problemlərinin qarşılanması, onların uşaq evlərindən sonrakı həyat şəraitinin təmin edilməsidir.

Layihənin bu il hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR