Gürcüstan prezidenti: “Azərbaycanla həyata keçirdiyimiz layihələr təkcə dövlətlərimiz deyil, digər regionlar üçün də daha yaxşı gələcək imkanları yaradır”

Gürcüstan prezidenti: “Azərbaycanla həyata keçirdiyimiz layihələr təkcə dövlətlərimiz deyil, digər regionlar üçün də daha yaxşı gələcək imkanları yaradır”
# 12 fevral 2014 15:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O bildirib ki, bu səbəbdən dövlətlər arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirilən enerji və daşıma layihələrinə sadiqlik regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcək: “Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.

Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər var. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.

Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.

Bu gün mən prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR