İqtisadiyyat və sənaye nazirinin Gədəbəydə vətəndaşları qəbul edəcəyi vaxt dəyişib

İqtisadiyyat və sənaye nazirinin Gədəbəydə vətəndaşları qəbul edəcəyi vaxt dəyişib
# 05 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Gədəbəydə noyabrın 8-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı noyabrın 23-nə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində (Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (050) 395 91 97, (022) 256 02 32, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR