Oğlunun üzərinə benzin tökərək yandıran atanın şikayəti üzrə məhkəmə başlayıb

Oğlunun üzərinə benzin tökərək yandıran atanın şikayəti üzrə məhkəmə başlayıb
# 15 aprel 2014 12:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində 16 yaşlı oğlunun üzərinə benzin tökərək yandıran Aydın Mehdiyevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 10-da saat 01:30 radələrində Buzovna qəsəbə sakini, Aydın Mehdiyev oğlu , 1997-ci il təvəllüdlü Nəcməddin Əsgərovun üstünə benzin tökərək yandırıb. N. Əsgərov xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

A. Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı ifadə verən A. Mehdiyev oğlunun onu evinə buraxmadığı üçün aralarında mübahisə düşdüyünü deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR