Bakıda dağ yəhudiləri dini icması üçün 4 mərtəbəli bina inşa olunacaq

Bakıda dağ yəhudiləri dini icması üçün 4 mərtəbəli bina inşa olunacaq
# 10 dekabr 2013 12:24 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bakıda dağ yəhudiləri dini icmasına 500 kvadratmetr torpaq sahəsi ayrılıb. APA-nın “The Jewish Times” saytına istinadən verdiyi xəbərə görə, həmin sahədə icma üçün 4 mərtəbəli bina inşa olunacaq. Binada mağaza, dini icmanın üzvləri üçün xüsusi yeməklər hazırlayan restoran və digər obyektlər olacaq. İcmadan bildiriblər ki, belə bir kompleksin inşası Azərbaycandakı bütün yəhudi diasporu üçün əlamətdar hadisə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR