Fransua Olland: “Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir”

Fransua Olland: “Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir”
# 12 may 2014 12:32 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı Fransa prezidenti Fransua Olland deyib. O, Azərbaycanın bu cür inkişafının region, eləcə də dünya üçün nümunə olduğunu qeyd edib.

Fransa prezidenti bildirib ki, həm Azərbaycan, həm də Fransa öz iqtisadiyyatını şaxələndirməlidir: “Biz Azərbaycana mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq. Bakı ilə digər şəhərlərin texnoloji inkişafına yardım etmək üçün sizin sərəncamınızdayıq".

Fransua Olland ölkəsinin prioritetlərindən danışarkən əsas istiqamətlərindən birinin uzunmüddətli əməkdaşlıq olduğunu qeyd edib. Bu sahədə xüsusi olaraq Azərbaycan kimi gənc və inkişaf edən ölkələrə maraq olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR