Azərbaycan hökuməti FHN-ə 1 milyon 700 min manat ayırıb

Azərbaycan hökuməti FHN-ə 1 milyon 700 min manat ayırıb
# 10 oktyabr 2013 14:45 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, 2013-cü ildə FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan FHN-ə 1 milyon 700 min manat məbləğində vəsait ayrılıb.

Nazirlər Kabinetinin qərarı ilə bundan sonra Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından müvafiq olaraq "Azərsu" ASC su təchizatı üçün götürdüyü, “Meliorasiya və Su Təsərrüfatı” ASC Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və "Azərenerji" ASC Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini FHN-in Su Ehtiyatları Dövlət Agentliyinə ödəyəcəklər.

Nazirlər Kabineti FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təklifləri bir ay müddətində hökumətə təqdim etməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR