Siyavuş Novruzov: “Özəl bağçalara elə qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz”

Siyavuş Novruzov: “Özəl bağçalara elə qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz”
# 27 dekabr 2013 11:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, S. Novruzov deyib ki, hətta rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır. O qeyd edib ki, təhsil qanununa əsasən uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər.

S. Novruzov özəl bağçaların çox baha olduğunu nəzərə çatdırıb: “Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz. Elə bağçalar var ki, qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma qanunda nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR