Tiflisdə yeni qazdoldurma məntəqəsi istifadəyə verilib

Tiflisdə yeni qazdoldurma məntəqəsi istifadəyə verilib
# 16 yanvar 2014 11:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtındakı Varketili rayonunda yeni qazdoldurma məntəqəsi istifadəyə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni məntəqənin açılışını ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov həyata keçirib.

Açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin və “SOCAR Georgia Gas” şirkətinin rəsmiləri iştirak edib. Yeni məntəqədə 15 nəfər işlə təmin olunub.

ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında yeni açılan qazdoldurma məntəqəsinin sayca 11-ci olduğunu bildirib: “Gürcüstanda ümumi götürsək, 106 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Belə qazdoldurma məntəqələrini yaxın vaxtlarda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində və Bolnisidə istifadə verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR