Azərbaycan ordusunu yeni istehsal etdiyi aviabombalarla təchiz etməyə başlayıb

Azərbaycan ordusunu yeni istehsal etdiyi aviabombalarla təchiz etməyə başlayıb
# 20 sentyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələri yüksək dəqiqlikli və böyük təsir gücünə malik aviasiya bombaları ilə təchizatı istiqamətində işlər aparır.

APA-nın məlumatına görə, hazırda yerli müəssisələrdə Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu müxtəlif ölçülü aviasiya bombalarının və aviasiya təlim bombalarının istehsalı layihəsi həyata keçirilir.

«Azərbaycan 10 il» sərgisində yerli müəssisələrdə istehsal edilmiş aviasiya bombaları barədə məlumatlar təqdim olunacaq.

MSN mütəxəssislərinin sözlərinə görə, Azərbaycanda istehsal edilən FAB tipli aviabombalar postsovet məkanında istehsal edilən analoqlarından dağıdıcı gücünə, daşınmasının təhlükəsizliyinə görə fərqlənir. Eyni zamanda bombaların müxtəlif tip helikopterlərə (Mi-17, Mi-35M), habelə təlim və döyüş təyyarələrinə inteqrasiyası təmin olunub.

MSN tərəfindən təkmilləşdirilərək istehsal olunan 50, 100 və 250 kq-lıq təlim aviasiya bombaları (TAB) isə xarici analoqlarından daha uzunömürlü və çox istifadə edilə bilməsi, həmçinin dəqiqliyi ilə fərqlənir. Artıq bir sıra ölkələrdən təlim bombasına maraq ifadə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR