ABŞ dövlət katibi İranın İraqda hərbi qüvvəsi olduğunu iddia edib

ABŞ dövlət katibi İranın İraqda hərbi qüvvəsi olduğunu iddia edib
# 27 iyun 2014 09:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi İranın İraqa hərbi müdaxilə etdiyini irəli sürüb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Con Kerri bildirib ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) hərbi qüvvələri və bir qrup suriyalı silahlı İraq torpaqlarındadır: “Həmin qüvvələrin İraq ərazisində olması ilə bu ölkədəki savaş daha geniş miqyas aldı”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir müddət əvvəl İranın İraqda hərbi qüvvəsi olmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR