Ukrayna prezidenti mətbuat katibini vəzifəsindən azad edib

Ukrayna prezidenti mətbuat katibini vəzifəsindən azad edib
# 25 yanvar 2014 21:40 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç mətbuat katibi Darya Çepakı vəzifəsindən azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq fərman prezidentin saytında dərc edilib.

Bundan başqa Ukrayna prezidenti Andrey Yermolayevi Milli Strateji Tətqiqatlar İnstitutunun direktoru vəzifəsindən azad edib.

Qeyd olunan vəzifələrə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR