Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru və baş rejissoru Stanislavski adına mükafata layiq görülüblər - FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru və baş rejissoru Stanislavski adına mükafata layiq görülüblər - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Teatr Xadimləri İttifaqının təqdimatı ilə K. S. Stanislavski adına mükafata layiq görülüblər. Teatrdan APA-ya verilən məlumata görə, M. Həmidov Azərbaycan və Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə, Bəhram Osmanov isə İsveç dramaturqu L. Norenin “Mən gəldim, qızlar!” (Müharibə) tamaşasına verdiyi quruluşa görə mükafat alıb.

Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr-oktyabr aylarında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olub və üç tamaşa ilə çıxış edib. Teatrdan bildiriblər ki, mükafat teatr xadimlərinə uğurlu qastrol səfəri münasibətilə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR