Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 09:58 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR