Cəlilabadda 18 yaşlı oğlan orta məktəb gözətçisini bıçaqlayıb - FOTO - YENİLƏNİB - VİDEO

Cəlilabadda 18 yaşlı oğlan orta məktəb gözətçisini bıçaqlayıb - <span style="color: red;">FOTO - YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 13 may 2014 10:53 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev, Fuad Cəfərov - APA. Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində yerləşən 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin həyətində qeydə alınıb.

Məktəbin gecə gözətçisi kimi çalışan Cəlilabad sakini, 47 yaşlı Şəmsəddin Ağasaleh oğlu Məlikov həmyerlisi, 18 yaşlı Bəxtiyar Salamat oğlu Əsədullayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı yerli sakinlərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin ağır, stabil olduğu bildirilir.

Hadisəni törətmiş B.Əsədullayev könüllü şəkildə polisə gələrək təslim olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR