Gəncədə qayınata kürəkəni qətlə yetirib - YENİLƏNİB - VİDEO

Gəncədə qayınata kürəkəni qətlə yetirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 07:59 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Kərimov Ceyhun Knyaz oğlu kürəkəni, 1990-cı il təvəllüdlü, Ağdaş rayon sakini, Ağayev Araz Əliyusif oğlunu bıçaqlayaraq qətlə yetirib. C. Kərimov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

10:04

Bakı. Fuad Cəfərov - Azərbaycanda 24 yaşlı kişi oğlan qətlə yetirilib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Araz Əliyusif oğlu Ağayev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. A. Ağayev xəstəxanada ölüb.

Hazırda polis qətl hadisəsini törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR