İqtisadi inkişaf naziri Şahin Mustafayev Füzulidə vətəndaşları qəbul edib - FOTO

İqtisadi inkişaf naziri Şahin Mustafayev Füzulidə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 24 iyun 2013 07:53 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz Şəhər Mədəniyyət Sarayında Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, Əhmədalılar kənd məktəbinin təmiri, iri heyvandarlıq təsərrüfatlarının yaradılması, taxıl biçinin sürətləndirilməsi məqsədilə sahibkarların kombaynlarla təminatı, içməli su təminatının yaxşılaşdırılması, kanalizasiya sisteminin qurulması, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılın və bir çox məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sahibkarlarla 3 iri heyvandarlıq müəssisəsinin, arıçılıq təsərrüfatının yaradılması məsələləri də ətraflı müzakirə olunub və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstəriş verilib.

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Füzulidə vətəndaşları qəbul edəcəyi barədə vətəndaşların ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində, həmçinin Nazirliyin rəsmi internet saytında qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilməklə müvafiq elanlar verilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir sakinin müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həll olunması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR