Ayətullah Xamneyi: “ABŞ-ın insan hüquqlarından danışmağa haqqı yoxdur”

Ayətullah Xamneyi: “ABŞ-ın insan hüquqlarından danışmağa haqqı yoxdur”
# 09 yanvar 2014 14:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ-ın insan hüquqlarından danışmağa haqqı yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri ayətullah Əli Xamneyi bu gün Qum şəhərində minlərlə adam qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ dünyada insan hüquqlarını pozan ən böyük dövlətdir: “Qəsbkar İsrail rejiminin bölgədəki zülmünü və şər addımlarını qızışdıran da ABŞ-dır. İran ABŞ və bir sıra Qərb dövlətlərinin insan hüquqlarını pozduğunu iddia edir və onların beynəlxalq məhkəmədə cavab verməsinin tərəfdarıdır”.

Ayətullah Xamneyi deyib ki, düşmən cəbhəsini tanımaq lazımdır: “Düşmənin gülüşünü ciddi qəbul etmək və ona aldanmaq olmaz. Çünki inqilab düşmənləri bu gün də bütün gücündən istifadə etməklə öz düşmənçiliklərindən əl çəkməyiblər. Əlbəttə, hər bir düşmən çarəsiz qaldığı zaman geri çəkilir. Düşmənlər İran xalqını heç vaxt tanımayıblar. Onlar düşünürlər ki, İran xalqını sanksiyalar yolu və iqtisadi blokadada saxlamaqla təslim olmağa məcbur edəcəklər. Ancaq çox səhv edirlər. Çünki bu xalq təslim olaraq əllərini yuxarı qaldıracaq xalq deyil. Biz əvvəllər də bəyan etmişik ki, bəzi məsələlərdə bu şeytanın (ABŞ nəzərdə tutulur) şərini aradan qaldırmaq üçün müzakirə apara bilərik. Son müzakirələrin nəticələrindən biri də ABŞ-ın İran, iranlılar, İslam və müsəlmanlarla düşmənçiliyini ortaya çıxarması idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR