Şəkidə 26 yaşlı gənc intihar edib

 Şəkidə 26 yaşlı gənc intihar edib
# 20 yanvar 2014 11:26 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə intihar hadisəsi baş verib. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, intihar bu gün səhər saatlarında Şəki şəhəri, Pişnamazadə küçəsi, ev-40-a baş verib. 1988-ci il təvəllüdlü, Şəki şəhər sakini Sadıqov Sərxan Məhəmməd oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki alma ağacından asaraq intihar edib. Şəki ŞRPŞ-dən APA-ya bildirilib ki, Sərxan Sadıqov Şəki əsəb xəstəlikləri dispanserində qeydiyyatda olub, əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR