Ukraynada Azərbaycan diaspor rəhbərinin güllələnməsi ilə bağlı Aleksandr Turçinova müraciət edilib - FOTO

Ukraynada Azərbaycan diaspor rəhbərinin güllələnməsi ilə bağlı Aleksandr Turçinova müraciət edilib - <span style="color: red;">FOTO
# 16 may 2014 15:49 (UTC +04:00)

Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) rəhbəri Paşa İlisuyskiy (Məmmədov) APA-ya açıqlamasında bildirib ki, bununla bağlı bu gün paytaxt Kiyevdə ölkədə yaşayan yəhudi, azərbaycanlı, qaqauz, tatar, bolqar, macar, alman, rus, kürd, türkdilli xalqlardan ibarət 20-dən çox milləti təmsil edən diaspor təşkilatları, o cümlədən Ukrayna Millətlər Assambleyasının iştirakı ilə toplantı keçirilib.

Toplantıda qarşıdan gələn prezident seçkiləri ilə bağlı Ukrayna Ali Radasına, xarici ölkələrin Kiyevdəki səfirliklərinə, o cümlədən ATƏT-ə və BMT-yə millətlər adından müraciət hazırlanıb. Müraciətdə bildirilib ki, prezidentliyə namizədlər öz platformalarında və proqramlarında ölkədə yaşayan milli azlıqların hüquqları ilə bağlı məsələləri də nəzərdə tutsunlar. Əks halda bu milli azlıqların hüquqlarının pozulması kimi qəbul ediləcək.

P. Məmmədov bildirib ki, daha sonra buna əsasən ötən gün Kiyevin mərkəzində Rövşən Tağıyevin güllələnməsi məsələsi qaldırılıb, bunun ölkədə yaşayan digər millətlər üçün də təhdid olduğu qeyd edilib. Qərara alınıb ki, bu cinayətin qısa zamanda üstünün açılması ilə bağlı iştirakçılar adından Ukrayna prezidenti səlahiyyətini icra edən Aleksandr Turçinova, Baş Prokurora, Ukrayna Təhlükəsizlik xidmətinin rəhbərinə və daxili işlər nazirinə müraciət göndərilsin. Müraciətdə bildirilib ki, Ukraynada yaşayan millətləri təmsil edən diaspor təşkilatları bu cinayətin üstünün qısa zamanda açılmasını və cinayətkarın ən ağır cəzaya məhkum olunmasını tələb edilər: “Əks halda bu kimi halları hər an özümüzə qarşı təhdid sayacağıq və bu ölkədə yaşamaq bizim üçün təhlükəli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR