Səfir: “Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün dekabrın ikinci yarısında keçiriləcəyi gözlənilir”

Səfir: “Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün dekabrın ikinci yarısında keçiriləcəyi gözlənilir”
# 29 noyabr 2013 09:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.

Səfir əlavə edib ki, Türkiyədə keçiriləcək görüşün dəqiq yeri və tarixi hələlik bəlli deyil: “Bu məsələ hər üç tərəflə razılaşdırılır”.

Qeyd edək ki, üç ölkənin XİN rəhbərlərin ilk görüşü Urmiyada (İran), ikinci görüşü Naxçıvanda (Azərbaycan) keçirilib.

Üçüncü görüş Türkiyədə keçirilməli olsa da, təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR