Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib

Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib
# 21 iyun 2014 19:43 (UTC +04:00)

Ucar Mərkəzi Rayon Xəstəxanasından APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib. Bağman kənd sakini nəvəsi 5 yaşlı Abdullayev Əşrəf Emin oğlunu ağır vəziyyətdə xəstəxanaya gətirib. Xəstəyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Ə. Abdullayev dünyasını dəyişib. Mərhumun babasının dediyinə görə, o ərik çərəzini sındırıb yedikdən sonra vəziyyəti pisləşib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR