Bakı. Mahir Məmmədli-APA. İsveçrənin qərbində iki qatar toqquşub. RİA "Novosti"nin məlumatına görə, qəza nəticəsində azı 44 nəfər xəsarət alıb.
Qatarlar İsveçrənin Vo kantonunun Qranj-pre-Marnan şəhərində bazar ertəsi axşam toqquşub. Payern və Palezye yaşayış məntəqələri arasında dəmir yolu əlaqəsi kəsilib. Hadisə yerində yanğınsöndürmə və təcili yardım briqadaları, polis əməkdaşları işləyir.
İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.