Milli Məclisdə deputat Maliyyə Nazirliyindən maraqlı dəstək istəyib

Milli Məclisdə deputat Maliyyə Nazirliyindən maraqlı dəstək istəyib
# 12 noyabr 2013 13:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Maliyyə Nazirliyindən yerlərdə seçicilərlə görüşmək üçün xüsusi yerlərin təşkil olunması istənilib. APA-nın məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa çıxış edib.

O, iclasda iştirak edən maliyyə naziri Samir Şərifova müraciət edib: “Samir müəllimdən xahiş edirəm ki, bir forma tapsınlar və biz deputatların yerlərdə seçicilərlə mütəmadi keçirdiyimiz görüşlər üçün bir yer ayrılmasını təmin etsinlər. Bizim üçün bu problemdir. Ya iki otaqlı bir mənzilin kirayələnməsi, ya da başqa formada yerin ayrılması təmin edilsin. Bu, bizim yerlərdə gördüyümüz işlərə böyük kömək olar. Əks halda, biz görüş üçün yer tapa bilmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR