FHN Bakıda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

FHN Bakıda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb
# 07 dekabr 2013 07:11 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “SACMAN” markalı yük avtomobili ilə “DAEWOO” markalı minik avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “DAEWOO” markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini həlak olub, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:35-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR