Kreml “RİA Novosti”nin ləğvini büdcənin optimallaşdırılması zərurəti ilə izah edib

Kreml “RİA Novosti”nin ləğvini büdcənin optimallaşdırılması zərurəti ilə izah edib
# 09 dekabr 2013 09:40 (UTC +04:00)

APA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov deyib. O bildirib ki, dövlət informasiya resurslarının xərclərinin optimallaşdırılmasına artıq başlanıb, 2014-cü il büdcəsində bu sahəyə ayrılan vəsait azaldılıb. S. İvanov dövlət KİV-lərinin effektivliyinin yüksəldilməsi dedikdə nələrin nəzərdə tutulduğunu belə izah edib: “Doğruları söyləmək, bunları daha çox insana çatdırmaq, bu məqsədlə müasir dildən və ən müasir texnologiyalardan istifadə etmək lazımdır”.

Xatırladaq ki, prezident Vladimir Putin “RİA Novosti”nin ləğv olunması və onun bazasında “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin yaradılması haqda fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR