Ukrayna Daxili Qoşunlarının qərargahı: Bizə mitinqi dağıtmaq tapşırığı verilməyib

Ukrayna Daxili Qoşunlarının qərargahı: Bizə mitinqi dağıtmaq tapşırığı verilməyib
# 09 dekabr 2013 13:32 (UTC +04:00)

Bakı – APA. “Daxili Qoşunların meydandakı etiraz aksiyasını dağıtmaq barədə tapşırığı yoxdur”. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili Qoşunlarının qərargah rəisinin birinci müavini Aleksandr Oleşşenko deyib. O bildirib ki, daxili qoşun bölmələrinin məqsədi yalnız ictimai asayişi qorumaqdır.

Qeyd edək ki, bu gün səhər Kiyevin mərkəzinə daxili qoşun bölmələri yeridilib. Onlar şəhərin mərkəzində etiraz aksiyası keçirən mitinqçiləri mühasirəyə alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR