TQDK-da rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya komissiyası yaradılıb

TQDK-da rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya komissiyası yaradılıb
# 31 mart 2014 11:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak edən namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 30-da keçirilən 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Apelyasiya komissiyası 2014-cü il martın 31-dən aprelin 2-dək hər gün saat 10-dan 17-dək TQDK-nın binasında (ünvan: Ak. H. Əliyev küç., 17) fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR