Abşeronda 43 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib - VİDEO

Abşeronda 43 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 09:53 (UTC +04:00)

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Mirazad Arzu oğlu Mirəliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi 43 yaşlı Mürvət Rufulla oğlu Səfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən M. Mirəliyev tutulub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR