ABŞ dövlət katibi İsrail və Fələstinə “çərçivə sazişi” imzalamağı təklif edəcək

ABŞ dövlət katibi İsrail və Fələstinə “çərçivə sazişi” imzalamağı təklif edəcək
# 31 dekabr 2013 03:42 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Yaxın Şərqə baş tutacaq səfəri zamanı İsrail və Fələstin rəhbərliyinə “çərçivə sazişi” imzalamağı təklif edəcək. Bu çərçivə sazişi əsasında münaqişə tərəfləri gələcəkdə yekun sülh sazişinə nail ola bilərlər. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Xarf bildirib. Onun sözlərinə görə, saziş İsrail-Fələstin danışıq prosesinin bütün mübahisəli məsələlərini əhatə edəcək.

Qeyd edək i, Con Kerri yanvarın 1-də Qüds və Ramalaya səfəri çərçivəsində İsrailin bş naziri Binyamin Netanyahu və Fələstin Milli Muxtariyyətin rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR