TQDK sədri Qaxda vətəndaşları qəbul edəcək

TQDK sədri Qaxda vətəndaşları qəbul edəcək
# 21 iyun 2014 07:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 23-də Qax şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qax şəhərində keçiriləcək qəbulda Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul iyunun 23-də saat 12:00-da Qax şəhər Heydər Əliyev mərkəzində keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (eservices.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.


Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR