İrəvanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyası keçirilib

İrəvanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyası keçirilib
# 28 dekabr 2013 18:59 (UTC +04:00)

Yürüş İrəvanın Azadlıq meydanından başlayaraq paytaxtın mərkəzi küçələrini əhatə edib.

Aksiya iştirakçıları Gömrük İttifaqına qarşı “Rusiya İmperiyasına yox”, “Gömrük İttifaqına yox! Yaşasın azad və müstəqil Ermənistan !”, “Mən avropalıyam!” və s. şüarlar səsləndiriblər.

Paruyr Ayrikyanın sözlərinə görə, vəziyyəti dəyişmək hələ ki mümkündür. “Bu gün Ermənistanı ermənilərdən təmizləmək, vətənə qarşı ümidsizlik yaratmaq siyasəti aparılır. İndi onlar Yeni ili qeyd edirlər, lakin bir neçə həftədən sonra dərin depressiya başlayacaq”, deyə P.Ayrikyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR