Sabah Polşanın nəqliyyat naziri Azərbaycana səfər edəcək

Sabah Polşanın nəqliyyat naziri Azərbaycana səfər edəcək
# 12 noyabr 2013 09:19 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Noyabrın 13-də Polşanın nəqliyyat naziri Slavomir Novakın başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyəti Bakıya səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, noyabrın 14-də S.Novak azərbaycanlı həmkarı Ziya Məmmədovla görüşəcək.

Nümayəndə heyəti həmçinin nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək barədə müzakirələr aparmaq məqsədilə bir sıra digər görüşlər də keçirəcək. Görüşlərin sonunda tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR