Fəzail Ağamalı: “Leyla Yunusun NATO PA-nın Bakıda keçirilən seminarında iştirak edən ermənilərlə əlbir olması cinayətdir”

Fəzail Ağamalı: “Leyla Yunusun NATO PA-nın Bakıda keçirilən seminarında iştirak edən ermənilərlə əlbir olması cinayətdir”
# 20 iyun 2014 09:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bugünkü iclasında Leyla Yunusun NATO PA-nın Bakıda keçirilən seminarında iştirak edən ermənilərlə əlbir olması məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, Bakıda yüksək səviyyədə baş tutan bu seminarda erməni deputatlarla bərabər, Leyla Yunusun da Azərbaycan əleyhinə kampaniya cəhdi göstərməsi əsl cinayətdir.

Onun sözlərinə görə, L.Yunusun kifayət qədər mənbəsi gizli olan maliyyə vəsaiti var və bu cür hərəkətləri, ermənilərlə eyni cəbhədə olması onun maliyyə vəsaitinin ermənilərdən gəlməsindən xəbər verir. Deputat hüquq-mühafizə orqanlarına və Vergilər Nazirliyinə müraciət edərək, bu məsələni ciddi araşdırmağı tələb edib.

Buna cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, xalqın gözü tərəzidir və hər şeyi görür: “Hər şey də öz qiymətini alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR