“Nida” üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə baxış iclası təyin olunub

“Nida” üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə baxış iclası təyin olunub
# 27 iyun 2014 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və prosesin qismən istintaqla aparılması barədə vəsatətlər veriblər. Hakim Həsən Əhmədov isə Bəxtiyar Quliyevin apellyasiya şikayətindən imtina etməsi barədə ərizə yazdığını deyib. H. Əhmədov deyib ki, B. Quliyev apellyasiya şikayətindən imtina etdiyini və gələcəkdə özünün apellyasiya şikayəti verə biləcəyinin nəzərə alınmasını məhkəmədən xahiş edib.

B. Quliyev məhkəməyə digər bir ərizə yaxaraq məhkəmə prosesində iştirak etmək istəmədiyini qeyd edib.

Vəkillər və təqsirləndirilən şəxslər isə B. Quliyevin prosesdə iştirakının təmin olunmasını məhkəmədən xahiş ediblər.

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, B. Quliyevin istəyi təmin edilib, vəkillərin vəsatətləri isə təmin olunmayıb.

Prosesin baxış iclası iyulun 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR