Bakı – APA. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.