Bakıda “Şairlər günü” keçirilib

Bakıda “Şairlər günü” keçirilib
# 06 iyun 2014 07:35 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Şairlər günü” keçirilib.

APA - nın məlumatına görə, tədbiri Azərbaycan Gənc Şairlər Birliyinin sədri Xəyal Rza açaraq "Şairlər günü" ilə bağlı məlumat verib.

Daha sonra çıxış edən AYB üzvü Çingiz Əlioğlu Azərbaycanda bu günün qeyd edilməsinin sevindirici hal olduğunu bildirib: "Xalqımızın gənc şairləri də yaradıcılıqlarında etdikləri uğurları ilə seçilməyi bacarırlar".

AYB üzvü Səlim Babullaoğlu da bu günün önəmindən danışıb: "Mən bütün şeir sevənləri təbrik edirəm. Bu gün əlamətdar gündür. Artıq ikinci ildir ki, bu tədbir keçirilir. Arzu edərdim ki, hər il bu cür möhtəşəm tədbirlər keçirilsin".

Qeyd edək ki, çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR