ATƏT Parlament Assambleyasının sessiyasında transmilli təhlükələr və insan haqları məsələsi müzakirə ediləcək

ATƏT Parlament Assambleyasının sessiyasında transmilli təhlükələr və insan haqları məsələsi müzakirə ediləcək
# 03 oktyabr 2013 13:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasının qarşıdakı sessiyasının əsas müzakirə mövzuları transmilli təhlükələr və insan haqları məsələsi olacaq. APA-nın xəbərinə görə, oktyabrın 13-15-də Monteneqronun Budva şəhərində keçiriləcək sessiyada 50 ölkədən 200-ə yaxın parlamentar iştirak edəcək.

ATƏT PA-nın Bürosu və nümayəndə heyətləri rəhbərlərinin Daimi Komitəsinin yığıncağında əlavə, oktyabrın 13-də sessiya çərçivəsində ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin iştirakı ilə Aralıq dənizi Forumu və Suriyaya dair xüsusi müzakirə keçiriləcək.

Oktyabrın 14-də R. Krivokapiç “Transmilli təhlükələr və insan haqlarının müdafiəsi: ATƏT-in rolu” mövzusunda parlament konfransının açılışını edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR