Tovuzda 18 yaşlı gənc qohumunu bıçaqlayıb

Tovuzda 18 yaşlı gənc qohumunu bıçaqlayıb
# 05 iyun 2014 11:01 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İntiqam Etibar oğlu Məmmədov qonşusu, həmdə qohumu olan 1993-cü il təvəllüdlü Nicat Sabir oğlu Qüdrətova bıçaqla xəsarət yetirib. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N. Qüdrətovun vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR