Elmira Süleymanova informasiya ombudsmanı təsisatının formalaşdırılmamasının səbəblərini açıqlayıb

Elmira Süleymanova informasiya ombudsmanı təsisatının formalaşdırılmamasının səbəblərini açıqlayıb
# 19 dekabr 2013 14:19 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda keçirilən konfransda çıxış edən E.Süleymanova deyib ki, dünya təcrübəsində informasiya ombudsmanı təsisatı ya tam sərbəst, ya da Ombudsman Aparatında böyük bir şöbə kimi formalaşdırılır.

O, 2010-cu ilin dekabrında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavələrin və dəyişikliklər edildiyini və bu vəzifənin ombudsmana həvalə edildiyini bildirib: Maddi və fiziki imkanlarımız üzərimizə düşən bu vəzifəni yerinə yetirməyə imkan vermir. Bu təchizat müstəqil ola, yaxud Ombudsman Aparatındakı Preventiv Qrup kimi də fəaliyyət göstərə bilər. Mən bu məsələ ilə bağlı ölkə prezidentinə müraciət edəcəm. Ancaq bu müraciətə qədər bir İşçi Qrupu da yaradıla və təkliflər üzərində işlənə bilər. Digər tərəfdən, kadr hazırlığı məsələsi də var. Gərək bu kadrlar həm İKT-dən, həm informasiya texnologiyalarından, həm də insan qruplarından məlumatlı olsunlar ki, o vəzifələri yerinə yetirə bilsinlər”.

Qeyd edək ki, 2010-cu il dekabrın 21-də parlamentdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilib. Dəyişiklik informasiya ombudsmanının səlahiyyətlərini ombudsmanın icra etməsi ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR