Gəncədə 10 min, Lerikdə 750 ailəyə qurban payı verilib - FOTO

Gəncədə 10 min, Lerikdə 750 ailəyə qurban payı verilib - <span style="color: red;">FOTO
# 15 oktyabr 2013 16:55 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, bayram münasibətilə şəhərin 8 yerində məntəqələr yaradılaraq qurban əti paylanılıb.

Şəhərdə olan 10 minə yaxın aztəminatlı və şəhid ailələrinə qurban əti paylanılıb. Həmçinin İmamzadə kompleksində də qurbanlar kəsilib və ziyarətgahlara aparılaraq orda ehtiyacı olanlara paylanılıb. Bundan başqa, şəhərin N saylı hərbi hissəsində də əsgərlər Qurban bayramı qeyd ediblər. Burada da qurbanlar kəsilib, hərbçilər üçün bayram şənliyi təşkil edilib.

Bu gün Lerikdə də müqəddəs Qurban bayramına həsr olunmuş tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinləri bayram münasibətilə təbrik edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri olduğunu, bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanların kəsildiyini, dövlətimizin daha da firavan yaşaması və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsinin nümayiş etdirildiyini bildirib.

Daha sonra Qurban bayramı münasibətilə Lerik rayonunda yaşayan Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və imkansız şəxslərə - ümumilikdə 750 ailəyə bayram sovqatı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR