Fəhəd Tani: “Yığmamız Azərbaycanla oyuna tam hazırdır”

Fəhəd Tani: “Yığmamız Azərbaycanla oyuna tam hazırdır”
# 27 may 2013 07:08 (UTC +04:00)

Bakı – APA. “Yığmamız Azərbaycanla oyuna tam hazırdır. Bu qarşılaşma İranla iyunun 4-də keçirəcəyimiz seçmə oyun ərəfəsində son sınağımızdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qətər millisinin baş məşqçisi Fəhəd Tani deyib.

Mayın 29-da millimizlə keçiriləcək yoldaşlıq görüşü haqda fikirlərini açıqlayan Tani DÇ-2014-ün seçmə oyunları ərəfəsinə bu matçın vacibliyini qeyd edib: “Qarşılaşmaya ciddi yanaşırıq. Azərbaycanla görüşlə bağlı planlarımızı dəyişmək fikrimiz yoxdur. Latviya üzərində qələbə qazanmaqla, futbolçularda psixoloji cəhətdən müsbət əhval-ruhiyyə yaratdıq. İndi də bunu davam etdirməliyik. Ümumilikdə isə bu 2 yoxlama oyunu mənə futbolçuların hazırkı durumunu göstərməlidir. Onların nəyə qadir olduğunu görmək istəyirəm. Azərbaycanla matçdan sonra futbolçuları yığmanın düşərgəsini tərk etməyəcək. Onlar qarşıdakı matçlaradək toplanışa davam edəcək”.

Qeyd edək ki, Dohada baş tutacaq matç Azərbaycan və Qətər yığmaları arasında ilk oyun olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR