Bakıda 7 mənzildən oğurluq edən şəxs tutulub

Bakıda 7 mənzildən oğurluq edən şəxs tutulub
# 19 sentyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 7 mənzildən oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oqtay Mirzəliyev saxlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, 2012-ci il noyabrın 15-də Kürdəxanı qəsəbəsi Rza Cəfərovun evindən açıq qapıdan keçmək yolu ilə 11 manat, mobil telefon, qızıl-zinət əşyaları, bu il yanvarın 5-də Zabrat qəsəbəsində Vüsal Rəsulov evindən qızıl-zinət əşyaları, fevralın 4-də II Zabrat qəsəbəsində Samirə Hacıyevanın evindən 200 manat, gümüş əşyalar, martın 3-də Pirşağı qəsəbəsində Efida Bəşirovanın evindən qapını sındırma yolu ilə su mühərriki, ev əşyaları, mayın 8-də I Zabrat qəsəbəsində Alı Gövalovun evindən 4 min manat, 2500 ABŞ dolları, Pirşağı qəsəbəsində Mehriban Hacıyevanın evindən 254 manat, avqustun 23-nə keçən gecə Zabrat qəsəbəsində Sona Zeynalovanın evindən pul və qızıl zinət əşyaları oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR