Azərbaycanın “Qırmızı Kitabı”nın ikinci nəşri bu yaxınlarda işıq üzü görəcək

Azərbaycanın “Qırmızı Kitabı”nın ikinci nəşri bu yaxınlarda işıq üzü görəcək
# 05 iyun 2013 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanın “Qırmızı Kitabı”nın ikinci nəşri Cəlal Əliyevin redaktorluğu ilə bu yaxınlarda işıq üzü görəcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Davamlılıq üçün fotosintez tədqiqatları – 2013: akademik Cəlal Əliyev” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

AMEA prezidenti bildirib ki, akademik Cəlal Əliyevin Azərbaycan elmində böyük nailiyyətləri var: “Cəlal Əliyevin adı həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Azərbaycan elm tarixinə qızıl hərflərlə yazılıb. Alim kimi onun tədqiqatları böyük sahələri əhatə edir. Cəlal Əliyevin tədqiqatları nəticəsində ideal tipli buğda sortunun yaradılması isə Azərbaycanın kənd təsərrüfatının zirvəsi olan elmi nəticədir. Bununla da Azərbaycan çörək problemindən azad edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR